Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Microsoft”un antivirusunda 12 il mövcud olan boşluq aşkar edilib


"Windows" əməliyyat sisteminin bir neçə versiyasının tərkibinə daxil olan "Microsoft"un antivirusu ötən ilin sonunda kompüterləri kibertəhdidlərdən qorumaq üçün 10 ən yaxşı həllərdən biri olub. Ancaq indi uzun illər proqramın kodunda hakerlər üçün boşluq olduğu məlum olub. Boşluq aşkar edildikdən sonra proqramın tərtibatçıları bu barədə ətraflı məlumat dərc ediblər və artıq yüklənmə üçün əlçatan olan müvafiq düzəlişi təqdim ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, hələ 2020-ci ilin noyabrında "SentinelOne" şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluq "CVE-2021-24092" adlandırılıb. O, kibercinayətkarlar tərəfindən qurbanın kompüterinə həm fiziki, həm də uzaq məsafədən müdaxiləni nəzərdə tutan aşağı səviyyəli hücum həyata keçirmək məqsədilə istifadə edilə bilər. Mütəxəssislərin sözlərinə görə, bu boşluq yalnız "Microsoft Defender"i deyil, həm də "Microsoft Endpoint Protection", "Microsoft Security Essentials" və "Microsoft System Center Endpoint Protection" kimi təhlükəsizlik məhsullarını da əhatə edir.

 

"SentinelOne" şirkətinin hesabatına əsasən, bu boşluq 12 il aşkar edilməyib.

 

Fevralın 9-da çıxarılmış müvafiq təhlükəsizlik yeniləməsi avtomatik quraşdırılacaq.

 

Emil Hüseynov






12/02/21    Çap et