Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram” messencerində iki təhlükəli boşluq aradan qaldırılıb


"Telegram" messencerinin "MacOS" üçün versiyasında avtomatik silinən mesajlar funksiyasının nasaz işləməsi ilə bağlı səhv aradan qaldırılıb. Məxfi çatlara göndərilmiş səsli və video mesajların ekrandan silindiyi, amma .mp4 faylları şəklində olan surətlərinin sistemdə qaldığı məlum olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, kibertəhlükəsizlik sahəsində müstəqil mütəxəssis Dxirac Mişra ilk olaraq bu problemə diqqət yetirib. "Telegram messencerinin "macOS" sistemi üçün "7.3 Stable" versiyasında aşkar etdiyim məntiqi boşluq istifadəçilərin məxfiliyinə ciddi zərər vura bilər" – o deyib.

 

Bundan başqa Mişra bildirib ki, messencerin "macOS" üçün versiyası lokal parolları açıq şəkildə saxlayır.

 

Mütəxəssisin sözlərinə görə, "Telegram" ona aşkar edilmiş boşluqlar üçün 3600 dollar məbləğində mükafat ödəyib. Sözügedən boşluqlar messencerin "7.4" versiyasında aradan qaldırılıb.

 

Emil Hüseynov






15/02/21    Çap et