Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wistron Foldbook” planşeti böyük ekranla təchiz edilib


Elektron qurğuların hazırlanması ilə məşğul olan Tayvanın məşhur “Wistron” şirkəti müxtəlif rejimlərdə istifadə edilən “Foldbook” adlı konseptual kompüter təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, baza vəziyyətində qurğu 17 düymlük böyük elastik ekranla təchiz edilən planşet rolunda çıxış edir. Ekran tən ortadan bölünür. Həmçinin iki quraşdırılmış dinamik və iki “USB Type-C” portu nəzərdə tutulub.

 

Qurğunu əyməklə noutbuk rejimini aktivləşdirmək mümkündür. Bu halda qurğunun aşağı hissəsinə mətnlərin rahat yığılmasını və gündəlik vəzifələrin yerinə yetirilməsini yüksəldəcək çıxarılabilən klaviaturanı bərkitmək olar.

 

“Foldbook” üçün böyük dinamikə və çoxlu çıxışlara (HDMI, Ethernet, USB Type-A və s.) malik xüsusi birləşdirici stansiyadan istifadə imkanı nəzərdə tutulub. Qurğunu stansiyaya quraşdıraraq və qeyd olunan klaviaturanı yaxınlıqda yerləşdirərək monoblok kompüter analoqunu yaratmaq olar.

 

Hazırda “Foldbook” planşeti konsept şəklində mövcud olduğundan qeyri-adi qurğunun texniki xüsusiyyətləri açıqlanmır.

 

Nizam Nuriyev






26/02/21    Çap et