Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Faydalı funksiyalar “Apple” kompüterlərinə geri qaytarılacaq


Yeni “MacBook Pro” noutbukları əlavə konnektorlarla təchiz ediləcək. Bu haqda analitik Minq-Çi Kuoya istinadən “MacRumors” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, növbəti nəsil “MacBook Pro” noutbuklarında HDMI port və SD kartların oxunması üçün slot quraşdırılacaq. “Apple” texnikasından istifadə edənlərin əksəriyyəti hələ də noutbukların tələb olunan interfeyslərdən məhrum edilməsi qərarından narazıdırlar: “USB-C” portları üçün birləşdiricilər satın almaq ehtiyacı yaranır.

 

Yeni noutbuk modelləri 2021-ci ilin ikinci yarısında təqdim ediləcək.

 

Emil Hüseynov






26/02/21    Çap et