Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkətindən yeni smartfon


“Dell” şirkəti “Streak Pro” smartfonunu təqdim edib. O, dünyada “Baidu Yi” mobil əməliyyat sistemi ilə işləyən ilk smartfondur. Yeniliyi yalnız Çində almaq mümkün olacaq. "Ağıllı telefon"un qiymətini nə “Dell”, nə də “Baidu” şirkəti bildirmirlər.

“Dell Streak Pro” smartfonunun texniki xüsusiyyətləri haqqında informasiya azdır. Smartfon 1,5 QHz takt tezlikli ikinüvəli “Qualcomm” prosessoru, 960x540 piksel kəskinlikli 4,3 düymlü “Super AMOLED” ekranı və “Gorilla Glass” şüşəsi ilə təchiz edilib.

Çinin “Baidu” şirkəti “Yi” mobil platformasını sentyabr ayında təqdim edib.





21/12/11    Çap et