Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”un “Motorola”ya qarşı patent iddialarının çox hissəsi rədd edilib


ABŞ Beynəlxalq Ticarət Komissiyası (ITC) tərəfindən çıxarılmış ilkin qərara əsasən, “Motorola Mobility” şirkəti “Microsoft” korporasiyasına məxsus olan patentlərdən birini pozur.

“Microsoft” korporasiyası 2010-cu ilin oktyabr ayında “Motorola Mobility” şirkətini “Android” smartfonlarda elektron poçt, təqvim və əlaqələrin sinxronlaşdırılması ilə bağlı texnologiyaların qeyri-qanuni istifadəsində və s-də ittiham edib.

Əvvəlcə “Redmond” korporasiyası tərəfindən 9 patentdən qeyri-qanuni istifadə edilməsi haqqında bildirilirdi, lakin sonra onlardan 2-si müzakirədən çıxarıldı. Hal-hazırda isə “İTC” hakimi “Motorola Mobility” şirkətini “Microsoft” korporasiyasına məxsus yalnız 1 patenti pozmaqda günahlandırıb.

Qəti qərar 2012-ci ilin yazında, “İTC” komissiyası tərəfindən işə tam heyətdə  baxıldıqdan sonra çıxarılacaq.





21/12/11    Çap et