Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

199 dollar dəyərində planşet təqdim edib


“Archos” şirkəti “Android 3.2” əməliyyat sistemi ilə işləyən büdcəyə uyğun 70b planşetini təqdim edib. Planşetin qiyməti 199 dollar təşkil edir. Yeniliyin satışları 2012-ci ilin yanvarında başlayır.

Planşet 7 düymlü tutumlu 1024x600 piksel kəskinlikli ekran, 1.2 QHz takt tezlikli prosessor, 512 MB əməli yaddaş, qrafik sürətləndirici, “Wi-Fi” modulu, “HDMİ” çıxış və “microSD” yaddaş kartları üçün slotla təhiz edilib.

“Archos 70b” planşetinin istifadəçiləri “Google” şirkətinin bütün xidmətlərindən, həmçinin “Android Market”-dən istifadə edə bilərlər.





21/12/11    Çap et