Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər gün “Android” əməliyyat sistemi əsasında 700 min qurğu satılır


“Google” şirkəti uzun müddət “Android” mobil əməliyyat sistemi ilə idarə olunan smartfon satışlarının nəticələri ilə bölüşmürdü. Lakin mobil bölmənin baş vitse-prezidenti Endi Rubin (Andy Rubin) bildirib ki, dünyada hər gün 700 min “Android”-qurğu satılır.

2011-ci ilin iyul ayında bu göstərici 55 min təşkil edib. Əgər bu temp saxlanılsa, o zaman artıq 2012-ci ildə bu göstərici 1 milyonu ötəcək.





21/12/11    Çap et