Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Rabitə» məğlubiyyətin əvəzini çıxdı


Dünən  qadın voleybolçular arasında ÇEV Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilmişdir.
 
Təmsilçilərimizdən  "Rabitə" bir həftə əvvəl səfərdə məğlub olduğu (0:3) Türkiyənin "Fənərbaxça" klubunu qəbul etmişdir. Görüş voleybolçularımızın 3:1 hesablı qələbəsi ilə başa çatmışdır.
 
Digər təmsilçimiz "Azərreyl" isə Türkiyədə "Vakıfbank Telekom" komandası ilə  qarşılaşmışdır. Oyun "dəmiryolçular"ın  2:3  hesablı məğlubiyyəti ilə nəticələnmişdir.





21/12/11    Çap et