Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində səsli mesajları iki dəfə sürətləndirmək mümkün olacaq


"WhatsApp" messencerində səsli mesajların səsləndirilməsini iki dəfə sürətləndirmək mümkün olacaq. Bu barədə "WABetaInfo" portalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "WhatsApp"ın tərtibatçıları səsli mesajları sürətləndirməyə imkan verəcək seçimin messencerə tətbiqi üzərində işləyirlər. Səsli mesajların iki dəfə sürətləndirilməsi nəzərdə tutulur.

 

Məlumata görə, hazırlanma mərhələsində olan sözügedən funksiyanın "Android" və "iOS" əməliyyat sistemlərinə tətbiqinə bir neçə ay vaxt tələb olunur.

 

Emil Hüseynov






15/03/21    Çap et