Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

28 min “Blu-Ray” diskini əvəz edəcək 700 TB-lıq disk təqdim edilib


Çinli mütəxəssislər tərəfindən optik disklərin həcminin artırılması üçün hazırlanmış qeyri-adi metod ənənəvi diskə rekord həcmdə informasiya yazmağa imkan verir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, ixtiranın müəllifləri Şanxay Elm və Texnologiya Universiteti, RMİT Universiteti və Sinqapur Milli Universitetinin alimləri olublar.

 

Məlumat sıxlığının artırılması 12 sm-lik optik diskdə 700 TB-dək həcmdə informasiya saxlamağa imkan verir ki, bu da 28 min ənənəvi "Blu-Ray" diskini əvəz edir.

 

2025-ci ilədək dünyada yaradılacaq məlumatların ümumi həcminin 175 zettabayt olacağı proqnozlaşdırılır.

 

Emil Hüseynov






15/03/21    Çap et