Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMS xidmətindən istifadə edənlərin sayı artır


“Aztelekom” İB-nin sabit telefon şəbəkəsi abonentlərinin “107” xidmətindən istifadə etməklə bütün mobil telefon şəbəkəsi abonentlərinə SMS-lərin göndərilməsi xidmətindən istifadə edənlərin sayı artıb.

“Aztelekom”İB-dən verilən məlumata görə, bu il ərzində bu xidmətdən müxtəlif telekanallarda izlənilən şou proqramlara SMS göndərənlərin sayı da kifayət qədər artıb. Xidmətdən gələn gəlir 160 min manatdan çox olub.

Qeyd edək ki, xidmətdən istifadə üçün abonent “107”-yə zəng edib SMS göndərmək arzusunu bildirərək, SMS-in mətnini telefonla diktə edir və SMS-in çatacağı mobil telefonu söyləyir. Qəbul edilmiş SMS “107” xidməti tərəfindən lazımi ünvana çatdırılır.





22/12/11    Çap et