Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“vatican.xxx” domeni alınıb


Kimsə “.xxx” domen zonasında “vatican.xxx” domenini qeydiyyat edib. Alıcı isə rəsmi Vatikan olmayıb,- “Röyters” agentliyi yazıb. Hər halda, Roma Papasının mətbuat katibi Federiko Lombardi iddia edir ki, Katolik kilsəsinin həmin domenlə heç bir əlaqəsi yoxdur.

XVI Benediktin nümayəndəsinin bəyanatında Vatikanın domenin kənar şəxslər tərəfindən istifadəsinin qarşısının alınması üçün domeni aldığı haqqında məlumat verilmir.

“.xxx domen” zonasında açıq qeydiyyat dekabr ayının 6-dan başlanıb. Məşhur universitet, muzey və digər başqa təşkilatlar öz adlarını praktik olaraq dərhal qeydiyyatdan keçiriblər. Onların hamısı ehtiyat edirlər ki, “.xxx” domen zonasını kimlərsə alaraq orda pornoməzmun yerləşdirə bilərlər.





22/12/11    Çap et