Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İçərişəhər “Wi-Fi” zona ilə əhatə edilib


İçərişəhər  “Wi-Fi” zona ilə əhatə edilib və istənilən şəxs burada internetdən istifadə edə bilər.

Hələlik İçərişəhərdə əhəmiyyətli tarixi-memarlıq abidələri və insanların daha çox toplaşdığı yerlərdə internetə çıxış təmin edilib. Perspektivdə bütün İçərişəhərin “Wi-Fi” zona ilə əhatə olunması gözlənilir.

Bu sistem mobil telefondan elektron bələdçiyə qoşulmağa imkan verəcək və ziyarətçi tarixi-memarlıq, dini abidələrə yaxınlaşdıqda onlar barədə ətraflı məlumat alacaq.





23/12/11    Çap et