Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “OLED” panelləri əsas rəqibindən alacaq


Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri arasında tarixi saziş imzalanıb. Belə ki, "Samsung" ilk dəfə olaraq "Samsung Display" ekran istehsalı bölməsi üçün "OLED" televizor panellərini əzəli rəqibi "LG Display" şirkətindən satın alacaq. Bu barədə Cənubi Koreya KİV-i məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Samsung Electronics" və "LG Display" şirkətlərinin yüksək rəhbərliyi arasında danışıqlar strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə başa çatıb.

 

Sazişin imzalanmasına səbəb kimi maye-kristal panelləri üçün qiymətlərin bahalaşması və istehsalda texnoloji çətinliklər göstərilir.

 

Qeyri-rəsmi məlumatlara görə, "Samsung" şirkəti bu ilin ikinci rübündə 1 milyon, növbəti ildə 4 milyon panel almağı planlaşdırır.

 

Nizam Nuriyev






13/04/21    Çap et