Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Mozilla”ya 300 milyondan çox pul ödəyəcək


“Mozilla” və “Google” şirkətləri yeni saziş imzalayıb. Sazişə əsasən, “Google” xidməti “Firefox” səyyahında susma halı kimi axtarış sistemi olacaq.

Etibarlı mənbələrə istinadən “AllThingsD” nəşri bildirib ki, “Google” şirkəti axtarış əməkdaşlığı çərçivəsində “Mozilla” şirkətinə il ərzində 300 milyondan çox pul ödəyəcək.

Analitiklərin sözlərinə əsasən, “Google” şirkəti “Yahoo” və “Microsoft” tərəfindən artan rəqabətə görə “Mozilla” şirkətinə ödədiyi məbləği əhəmiyyətli dərəcədə artırmağa məcbur olub. Çünki “Yahoo” və “Microsoft” şirkətləri də “Mozilla” ilə analoji danışıqlar aparıblar.





23/12/11    Çap et