Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”u yenidən məhkəməyə veriblər


“Facebook” rəhbərliyi Vinklvossov qardaşlarının Mark Sukerberq ilə ABŞ Ali Məhkəməsində sonrakı mübahisələrdən imtina etmək qərarına nahaq sevinib. Dünən bu xəbər çıxdıqda onlar öz qərarlarının səbəbini izah etmədilər, ancaq vəziyyət bu gün aydınlaşıb. Məlum olub ki, əkizlər mübahisəni Boston Federal Məhkəməsinə keçiriblər.
Qardaşların sözlərinə görə, əvvəlki dinləmələr vaxtı “Facebook” nümayəndələri qardaşların xeyrinə olan vacib məlumatı gizlədiblər. Vinklvosslar məhkəmədən “Facebook” tərəfindən sübutların qəsdlə və ya təsadüfi gizlədilməsi məsələsini diqqətlə tədqiq etməyi xahiş ediblər. Dünyada ən böyük sosial şəbəkənin vəkili bildirib ki, bu” köhnəlmiş və əsassız ittihamlardır, hansı ki artıq baxılıb və məhkəmə tərəfindən rədd edilib.
Son 3 il ərzində Tayler və Kemeron Vinklvosslar məhkəmənin qərara yenidən baxmasına nail olmağa çalışıblar. Həmin qərara əsasən isə onlara kompensasiya kimi 20 milyon dollar nağd və 45 milyon dollar dəyərində sosial şəbəkə səhmləri verilməli idi.




25/06/11    Çap et