Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD”-dən yeni qrafik sürətləndiricisi


Veb-mənbələrin məlumatına əsasən, “AMD” şirkəti tezliklə ikiprosessorlu “Radeon HD 7990” videoadapteri təqdim edəcək.

Qrafik sürətləndiricinin əsasını yeni nəsil “Graphics Core Next Architecture” arxitekturası təşkil edəcək.
“Radeon HD 7990” ümümilikdə 4096 axın prosessoru və 256 tekstur blokdan ibarət olacaq. “GDDR5” yaddaşının tutumu 6 QB təşkil edəcək.

Qeyd edilib ki, “Radeon HD 7990” videoadapterində “ZeroCore” texnologiyası nəzərdə tutulub, belə ki, bu texnologiya aşağı yüklənmə zamanı çiplərdən birini deaktiv etməyə imkan verəcək.




24/12/11    Çap et