Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti planşet istehsal edəcək


“Google” şirkəti bu yaxınlarda yaxın 6 ay ərzində planşet istehsal etmək niyyəti haqqında bildirib. “Android”-planşet istehsalçıları isə bundan narahat olublar.

İnternet-nəhəngin partnyorları istifadəçilərin “Google”-un hazırladığı qurğunu gözləyəcəklərindən narahatdırlar. Belə olan halda isə onların planşetləri 2012-ci ilin ilk yarısında satılmayacaq,- Tayvan mənbələrinə istinadən “DigiTimes” nəşri yazıb.

İstehsalçılar hesab edirlər ki, “Google” şirkətinin hazırladığı planşet, ehtimal ki, “Android 4.1” əməliyyat sistemi ilə işləyəcək. Bununla belə digər istehsalçılar isə “Android 4.0” əsasında olan modellər satacaqlar. Buna görə də istehlakçılar daha yeni əməliyyat sistemi ilə olan planşeti üstün tutacaqlar.





26/12/11    Çap et