Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağstafada internet istifadəçilərinin sayı iki dəfə artıb


Ağstafada rabitə şəbəkəsinin tamamilə elektronlaşdırılması telefon abunəçiləri ilə yanaşı, internet istifadəçilərinin də sayının artmasına şərait yaradıb. Bu barədə məlumatı Ağstafa rayon Telekommunikasiya Qovşağının rəisi Mirəsgər Məmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəllərində rayonda genişzolaqlı internet istifadəçilərin sayı 150-yə çatırdısa, hazırda bu rəqəm 300-ü keçib. O, daha sonra bildirib ki, rayonda abunəçilər əsasən 1024 və 2048 MB sürətli internetdən istifadə edirlər.

Hazırda isə rayonun mərkəzində 800 abonent üçün nəzərdə tutulan xüsusi qurğu qurulur ki, nəticədə istifadəçilərin sayı bir neçə dəfə artacaq.

 





26/12/11    Çap et