Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Roma Papası yeni xəbərlər portalında redaktor olacaq


Vatikan “news.va” xəbərlər resursunı istifadəyə verəcək. Portalı Roma Papası şəxsən yeniləyəcək. Bu barədə “The New-York Times” yazıb.
Vatikanın bütün media-resurslarını birləşdirəcək yeni portal iyun ayının 29-da, çərşənbə günü rəsmən təqdim edilməlidir. Saytın yaradılması işlərinə 84 yaşlı Roma Papasının şəxsən nəzarət etdiyi bildirilib.
Yeni portalın hazırlanmasına başçılıq etmiş kardinal Klauido Maria Çellinin sözlərinə görə, “news.va” saytı təkcə informasiya mənbəyi deyil, həm də Vatikan daxilində departamentlər arasında əlaqəyə imkan yaratmalıdır.
Hazırda Vatikan internetdə “vatican.va” rəsmi saytı ilə təqdim edilib. Sayt 1995-ci ildə keçmiş Roma Papası İohann Pavelin müəyyən iştirakı ilə istifadəyə verilib. Bundan başqa, Vatikanın digər resursları, məsələn, “YouTube” video hostinqində şəxsi kanalı da var.




28/06/11    Çap et