Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” tanınmış hakeri işə götürdü


“Techunwrapped”in məlumatına görə, GeoHot ləqəbli haker Corc Hots “Facebook” sosial şəbəkəsində işə düzəlib. O, “iPhone” üçün ilk təklif etmiş "ceylbreyk" komandasının iştirakçısı kimi məşhurdur.
Məlumat üçün bildirək ki, əvvəllər “Sony” korporasiyası Hotsu məhkəməyə verib. Səbəbi “PlayStation 3” oyun konsolunun qırılması üçün açarların nəşri olub.
Sosial şəbəkə ilə əməkdaşlığın əsasını iyun ayının 22-də hakerin profilində qeyd edilmiş "Facebook həqiqətən iş üçün əla yerdir" yazı qoyub. GeoHot-un “iPad” üçün “Facebook” proqramının yaradılması ilə məşğul olacağı güman edilir.




28/06/11    Çap et