Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliya “Apple” şirkətini 900 min avro cərimələyib


İtaliyanın “AGCM” (Autorita Garante della Concorrenza e del Mercato) antiinhisar tənzimçisi “Apple” şirkətini 900 min avro cərimələyib.

“AGCM”-dən hesab edirlər ki, “Apple” şirkəti istehlakçılara əlavə xidmətlər haqqında dəqiq informasiya vermir, həmçinin öz qurğularına ikiillik zəmanət verməkdən imtina edir.

Qeyd edək ki, bunu Avropa Birliyinin qanunvericiliyi tələb edir.“Apple” qurğularına standart zəmanət müddəti 1 il təşkil edir, lakin Avropa qanunlarına görə, bu,  2 il olmalıdır.
 





28/12/11    Çap et