Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gədəbəydə Azercell Ekspres ofisi açıldı


Şirkət bölgələrdəki Ekspres Ofislərinin sayını 22-yə çatdırdı
 
Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Şirkət  yenicə olaraq Gədəbəydə yeni AzEx ofisini abonentlərin istifadəsinə vermişdir.

Bununla da şirkət bölgədəki AzEx ofislərinin sayını 22-yə çatdırmışdır. Gədəbəydə fəaliyyətə başlayan AzEx ofisindən eyni zamanda Şəmkir və Tovuz rayonunun sakinləri də istifadə edə biləcəklər.

Qeyd edək ki, Gədəbəydə fəaliyyətə başlayan AzEx ofisi də "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər.

Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.  Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkətdir.

Xatırladaq ki, Azercell-in Bakıda 16, rayonlarda isə 22 Ekspres Ofisi fəaliyyət göstərir.Şirkət növbəti ildə də  Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.
 
 





28/12/11    Çap et