Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone Marketplace”-də əlavələrin sayı 50 mini ötüb


“Windows Phone Marketplace” onlayn mağazasında 50 min əlavə olması üçün tərtibatçılara 14 ay müddət lazım olub,- “All About Windows Phone” yazıb. Son ay ərzində kataloqa hər gün orta hesabla 265 proqram əlavə edilib. Statistikaya əsasən, “WP”-smartfonlar üçün əlavələrin sayı artmağa davam edir.

Noyabr ayının 16-da “Windows Phone Marketplace”-də 40 min proqram qeydə alınıb və gündəlik artım 165 əlavə təşkil edib. Onlayn mağazadakı  təxminən 58% proqram təminatını pulsuz yükləmək olar.

Müqayisə üçün: “Android Market”-də bu göstərici 69%, “App Store”-də isə 43% təşkil edir.





28/12/11    Çap et