Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” “Opera”, “Chrome”, “Safari” və “İnternet Explorer” səyyahlarına oxşar olacaq


“Firefox” tərtibatçıları səyyaha ekspress-panel əlavə etməyi planlaşdırırlar. Məlumat üçün qeyd edək ki, ekspress-panel “Opera”, “Chrome”, “Safari” və “İnternet Explorer” səyyahlarında var.

“Firefox 12” səyyahında çoxdan gözlənilən funksiya - ekspress-panel yaradıla  bilər. O, ən tez-tez daxil olunan saytlara ani giriş əldə etməyə imkan yaradacaq.

Bu barədə “OpenNet” resursu xəbər verib.
Hal-hazırda “Firefox” səyyahına belə funksionallığı “Speed Dial”, “Fast Dial”, “FoxTab” və ya digər genişlənmələr vasitəsi ilə əlavə etmək olar.





28/12/11    Çap et