Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə “Microsoft” korporasiyasını nələr gözləyir?


2011-ci il “Microsoft” korporasiyası üçün olduqca müvəffəqiyyətli il olub. Belə ki,  “Windows 7” əməliyyat sisteminin 500 milyon surəti satılıb, “İnternet Explorer 9” səyyahı çıxarılıb və “Office 365 bulud” xidməti istifadəyə verilib. 2012-ci ildə də proqram nəhəngi üçün maraqlı hadisələr gözlənilir.

Belə hadisələrdən biri “Windows 8” proqram platforması ilə işləyən  planşetlərin yaradılması olacaq. Bu qurğular “iPad” planşetinə rəqabət təşkil etməlidirlər.

2012-ci ilin I rübündə “Microsoft” korporasiyası “Xbox Live TV” xidməti çərçivəsində əlavə kanalların yayımını istifadəyə verməyi planlaşdırır.

2012-ci ildə korporasiya üçün üçüncü əsas məhsul “Windows Phone” olacaq. Hələ ki “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən smartfonlar yalnız  “iOS” və “Android” əsasında olan qurğularla deyil, həm də “Nokia” şirkətinin  məhsulları ilə rəqabət apara bilmir.

“Gartner” analitik şirkətinin rüblük hesabat məlumatına əsasən, “Windows Phone 7” əsasında olan telefon  satışları 2010-cu ildə 2,2 milyondan 1,7 milyon ədədə qədər azalıb. Bazar payı isə 2,7%-dən 1,5%-ə qədər azalıb.

“Microsoft” korporasiyasının daha bir hədəfi internet-axtarış bazarıdır. Şirkət “Google”-dan açıq-aydın geri qalır, lakin “Microsoft” düzgün istiqamət  - sosial seçib. Belə ki, “Facebook” və digər xidmətlərlə razılaşmalar əldə edilib.





29/12/11    Çap et