Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Su sayğacları «smart-kart» sistemi ilə işləyəcək


«Azərsu» ASC su pulunun yığım səviyyəsini artırmaq üçün «smart-kart» tipli sayğacların quraşdırılmasına başlamaq niyyətindədir. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
 
ASC sədri bildirib ki, su pulunun yığılması ilə bağlı nisbətən irəliləyiş olsa da, bu vəziyyət qaneedici deyil: «Bu gün biz xidmətin səviyyəsinin artırılması üçün çalışırıq və istərdik ki, bunun qarşısında yığımın səviyyəsi də yüksəlsin.

Amma biz yığımda o qədər də ciddi irəliləyiş əldə edə bilməmişik. Doğrudur, hazırda su pulu yığılmasında ötən illərə nisbətən kəskin fərq var. Amma bizim hədəflədiyimiz rəqəmlərə çatmamışıq».
 
Q.Hüseynovun sözlərinə görə, hazırda su pulunun yığımını artırmaq üçün mütəmadi işlər aparılır və «Azərsu» su pulu yığımını artırmaq üçün «smart-kart» tipli sayğacların tətbiqinə hazırlaşır: «Bu haqda müqaviləmiz var, müqavilə əsasında biz 1000 ədəd bu sayğaclardan gətirib pilot layihə olaraq tətbiq eləmək niyyətindəyik. Sonra da nəticələri müqayisə edib tədbirlər görəcəyik».





29/12/11    Çap et