Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika hərbçilərinə “Android” qurğulardan istifadə etməyə icazə veriblər


ABŞ-ın Müdafiə Nazirliyi Amerika hərbçilərinə “Android” əməliyyat sistemi ilə işləyən smartfon və planşetlərdən istifadə etməyə icazə verib. Xatırladaq ki, bundan əvvəl xidmət zamanı onlar yalnız “BlackBerry” ilə işləyə bilərdilər. Lakin bəzi məhdudiyyətlər də qoyulub.

Belə ki, yalnız Amerikanın “Dell” şirkətinin “Android 2.2” əməliyyat sistemi ilə işləyən məhsullarından istifadə etmək olar.

Həmçinin onlar “Android Market”-dən əlavələr yükləyə bilməzlər və internet-sörfinq üçün Müdafiə Nazirliyinin proksi-serverindən istifadə etmək lazımdır.





29/12/11    Çap et