Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ingilis və fransız dillərini bilən telefonçu qızları işə dəvət edir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ingilis və fransız dillərini bilən telefonçu qızları işə dəvət edir.

BTRİB-dən verilən məlumata görə, sözügedən dəvət gələn ilin may ayında Azərbaycanda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsinə hazırlıq işləri ilə əlaqədardır. Belə ki, ingilis və fransız dillərini bilən telefonçu qızlar Telefon Məlumat Mərkəzinə işə dəvət olunur.

Əlaqə telefonu: 492-55-00.





30/12/11    Çap et