Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gün eynəyi ilə internetə daxil olmaq olacaq


Ceyms Bonda layiq olan qurğuların istehsalı üzrə ixtisaslaşmış şirkət  inteqrasiya edilmiş ekran, videokamera və internetə çıxış imkanı ilə olan  gün eynəkləri hazırlaması haqqında məlumat verib. “Nokia” şirkəti layihənin partnyoru kimi çıxış edir.

Görünüşünə görə "ağıllı eynək" adi gün eynəklərindən elə də fərqlənmir, lakin onlar daha geniş funksional təklif edirlər. Bu barədə  “Engadget” nəşri məlumat yayıb. “Vuzix” şirkətindən əmin edirlər ki, belə eynək sahibləri videoya, internet-səhifələrə baxa biləcək.

“Vuzix” şirkətinin hazırlaması qarşıdakı “CES 2012” sərgisində təqdim ediləcək, satışa isə artıq yayın əvvəlində çıxarılacaq. Qiyməti haqqında informasiya verilmir.





06/01/12    Çap et