Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakının “Google map” üzərindən “3D” formatda virtual gəzintisini reallaşdıran sayt istifadəyə verilib


Azərbaycanda ilk dəfə "Google map" üzərindən Bakının "3D" formatda virtual gəzintisini reallaşdıran "www.Baku3d.az" saytı istifadəyə verilib.

Saytın əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları, gözəllik salonları, avtosalonları, klinikaları, ticarət və əyləncə mərkəzlərini "3D" formatında birləşdirməkdir.

Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakının virtual tur gəzintisi ilə tanış ola biləcəklər. Bu, öz növbəsində, Azərbaycanda turizmin inkişafında xüsusi rol oynamasına imkan verəcək. Sayt kataloq xarakter daşıyır.

Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də çalışacaq.

Saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri «Google»-ın xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, hotel-restoranları və s. yerləriн "3D" panoramasını görəcəklər.
 





06/01/12    Çap et