Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2011-ci ildə mobil kompyuterlər bazarının dörddə birini planşetlər tutublar


2011-ci ildə dünya bazarına 72,7 milyon planşet tədarük edilib, bu isə mobil kompyuterlər bazarının 25,5%-ni təşkil edir. 2011-ci ildə planşet tədarükləri 2010-cu illə müqayisədə 256% artıb,- “NPD DisplaySearch” şirkəti ilkin nəticələri bildirib.

İlkin nəticələrə əsasən, keçən il 187.5 milyon (2010-cu illə müqayisədə 12% çoxdur) noutbuk, 25.2 milyon netbuk tədarük edilib.2017-ci ildə dünya bazarına 432 milyon noutbuk və 383,3 milyon planşet tədarük olunacağı gözlənilir.





09/01/12    Çap et