Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” tezliklə yeni ultrabuk təqdim edəcək


Tayvanın "Acer" şirkəti bu gün "CES 2012" sərgisində yeni ultrabuk modeli, həmçinin "İconia Tab" internet-planşetinin yeni modelini təqdim edəcək. Şirkət eyni zamanda, məlumatlarla işləmək üçün "AcerCloud" "bulud" internet-xidmətini də nümayiş etdirəcək.

Qeyd edək ki, "S5" ultrabuku "MacBook Air" və "iMac"-dan sonra  "Thunderbolt" portu olan qurğulardan biridir.
"AcerCloud" "bulud" xidməti şirkətin daha əvvəl təqdim edilmiş "iCloud" xidmətinə cavabıdır və istifadəçilərin şirkətin serverlərində foto, musiqi və sənədləri yerləşdirməsinə və müxtəlif qurğular arasında onları mübadilə etməsinə imkan yaradır.

Xidmət həm "Android"-qurğular, həm də fərdi kompyuterlər üçün açılacaq. "Acer" şirkəti cari ilin ikinci rübündə "AcerCloud" xidmətinin funksionalını genişləndirməyə söz verir.
 





09/01/12    Çap et