Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Microsoft”u “Windows Phone” əməliyyat sistemini hazırlamağa vadar edib


"Microsoft"un vitse-prezidenti Co Belfiore və ""Windows Phone" (WP) bölməsinin rəhbəri Terri Mayerson korporasiyanın "WM"-dan imtina etməsi və hazırlama səbəbi haqqında məlumat verib. Onların sözlərinə əsasən, məhz "Apple" şirkəti onları tamamilə yeni mobil əməliyyat sistemi hazırlamağa vadar edib.

Co Belfiorenin sözlərinə əsasən, "Apple" şirkəti istifadəçilərə sadə və cazibədar platforma təklif edərək mobil sahə seqmentini əsaslı olaraq  dəyişdirdi.

"Microsoft" korporasiyası Kupertinodan şirkətə cavab vermək üçün rəqabətə davamlı əməliyyat sistemi təqdim etməyə qərar verir.

2008-ci ilin sonunda "Microsoft" korporasiyasının mobil bölməsinin əməkdaşları 7 saat davam edən müşavirə keçirirlər. Nəticədə "Windows Mobile"-dan imtina və hər şeyə sıfırdan başlamağa qərar verilir.

"Windows Phone" əməliyyat sisteminin ilk nümunəsi Stiv Ballmeri razı salmır, lakin nəticədə tərtibatçılar bir sıra problemi aradan qaldırdılar və rəqabətə davamlı əməliyyat sistemi yarada bildilər.





09/01/12    Çap et