Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kuk Stiv Cobsu geridə qoydu


“Apple” şirkətinin indiki rəhbəri Tim Kuk illik gəlirin səviyyəsinə görə öz sələfi Stiv Cobsu ötüb. O, 2011-ci il ərzində 378 milyon dollar dəyərində mükafat alıb. Müqayisə üçün: Stiv Cobs 1 dollar dəyərində simvolik maaş alırdı.

Qeyd edək ki, 2010-cu ildə ən yüksək maaşlı “CEO” “Viacom”-un icraçı direktoru Filipp Dauman olub. Bonusları nəzərə almaqla, onun mükafatı o zaman 84,5 milyon dollar təşkil edib.

Qeyd edək ki, Stiv Cobs 2011-ci ilin avqust ayında öz istəyi ilə istefaya gedib və onun tövsiyəsinə əsasən, rəhbərlik postunu Tim Kuk tutub.
 





10/01/12    Çap et