Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göyçay poçtamtı da elektron poçt xidmətinə başlayır


  Aran bölgəsinin aparıcı rayonlarından olan Göyçayda rabitə sahəsində daha bir yenilik tətbiq olunub. Belə ki, Göyçay Poçtamtı tərəfindən yüksək keyfiyyətlə elektron poçt xidməti tətbiq edilir.

Poçtamtdan verilən məlumata görə, həyata keçirilən işlər nəticəsində istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur.

Bu sahədən kifayət qədər gəlir olduğunu proqnozlaşdıran poçtamt rayon rabitə şəbəkəsinin NGN texnologiyası əsasında yenidən qurulması ilə icmal poçt şöbələrini yaratmaqla bu xidmətin tətbiqinə start verib.Qeyd edək ki, oxşar xidmətin digər poçt filiallarında da tətbiq edilməsi gözlənilir.





11/01/12    Çap et