Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropalılar elektron poçtdan faylların ötürülməsi üçün istifadə edir


Tədqiqatlara əsasən, 80% avropalı elektron poçtdan faylların ötürülməsi (mətn, musiqi və hətta videomaterial) üçün istifadə edir.

Tədqiqatda 272 insan iştirak edib. Yalnız 7% şəxs məlumatları CD və ya DVD disklərə yazmağa və onu digər şəxslərə verməyə üstünlük verirlər. Həmçinin ötürülən informasiyanın tutumu da artıb.

Məlum olub ki, fayl mübadiləsi daha çox noutbuk (63%) və stolüstü fərdi kompyuterlərdə (22%) olur, smartfondan 12%, planşetdən isə 2% istifadə edir,- tədqiqatın nəticəsində qeyd olunub. İstifadəçilər bir-birlərinə daha çox foto (79%), mətn və PDF fayllar (müvafiq olaraq 62% və 63%), elektron cədvəllər (47%) və musiqi (31%) göndərirlər.




11/01/12    Çap et