Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdən balıq ovu ilə bağlı xəbər oxuduqlarına görə cərimələniblər


Amerika şirkətini 140 min dollar dəyərində ona görə cərimələyiblər ki, iş zamanı Atom Elektrik Stansiyasının (AES) operatorları öz vəzifələrindən yayınaraq internetə daxil olublar. Məlum olub ki, onlar internetdə təqaüddə vaxt keçirməyə, idmana, balıq tutmağa aid xəbərlər oxuyublar.

ABŞ-ın nüvə nizamlanması (NRC)  komissiyasından bildiriblər ki, buna görə 9 operator təqsirli bilinib.
Ümumdünya Nüvə Assosiasiyasının informasiya xidməti qeyd edib ki, operatorların vəzifəsi stansiyada vəziyyəti daim izləmək və onlara tapşırılmış sistemlərin işini izləməkdən ibarətdir.





11/01/12    Çap et