Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yüksəksəviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlanılır


İnternet şəbəkəsində domen məkanının idarəedicisi "İCANN" korporasiyası bu gündən etibarən aprelin 12-dək bütün arzu edənlərdən yüksəksəviyyəli domenlərin qeydiyyatı üçün ərizələrin qəbuluna başlayır.

İndi ünvanların ənənəvi ".com," ".org" və ya ".az" kimi sonluqları əvəzinə, praktiki olaraq istənilən sözdən, hətta latın dilində olmayan sözlərdən istifadə etmək olacaq.

Belə domen üçün qeydiyyat haqqı 185 min dollar təşkil edir. Bu plan ilk dəfə olaraq rəsmən 2011-ci ilin iyununda səsləndirilib və ".com", ".net" və ya ".org" kimi orijinal domenlərlə birlikdə mövcud olacaq domen zonaların sərbəst qeydiyyatını nəzərdə tutur.

Lakin yeni domen sisteminin işə salınması üzrə real qrafikin hələ ki mövcud olmadığı nəzərə alınsa, bunun uzunmüddətli olacağı gözlənilir.

"İCANN" nümayəndələri bildirirlər ki, yüksəksəviyyəli domenlərin qeydiyyat qaydasına ciddi şəkildə nəzarət edərək müəllif hüquqlarının pozulması ilə qeydiyyat üçün göstərilən cəhdlərin qarşısını alacaqlar.




12/01/12    Çap et