Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə pulsuz «facebook» bağlanır


Pulsuz olan “0.facebook.com” səhifəsi yanvar ayının 18-dən Türkiyədə bağlanacaq.  Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, öz mobil abonentlərinə «facebook»a girişi pulsuz edən şirkət artıq bununla bağlı son qərarını verib.

Mobil operator artıq bu haqda istifadəçilərə də xəbərdarlıq edib. Məlumat üçün bildirək ki, Azərbaycanda da “0.facebook.com” pulsuzdur. Lakin bu xidməti yalnız "Bakcell" şirkəti öz abunəçilərinə təqdim edir.
 
 





12/01/12    Çap et