Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində internet istifadəçilərinin sayı 505 milyona çatdı


Çində internet istifadəçilərinin sayı keçən ilin noyabr ayının sonunda 505 milyona çatıb.Bu barədə Çinin İnternet Şəbəkəsi üzrə İnformasiya Mərkəzi təşkilatının yeni hesabatında (China Internet Network Information Center, CINIC) qeyd olunub.

Bu hesabata əsasən, 1 il ərzində Çində internetdən istifadə edənlərin sayı 2010-cu il ilə müqayisədə 3.4% artaraq 37,7%-ə çatıb.

Analitiklər qeyd ediblər ki, bu göstərici Çin dövlətinin yaxın qonşuları olan Yaponiya və Cənubi Koreya dövlətlərinin göstəricilərindən əvvəlki kimi aşağıdır. Yaponiya və Cənubi Koreyada internetə çıxış imkanı təxminən 70% təşkil edir.
 





12/01/12    Çap et