Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mişel Obama “Twitter” platformasında bloq açıb


ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama bu yaxınlarda populyar “Twitter” mikrobloqlar xidmətində şəxsi bloqunu açıb.

ABŞ-ın birinci ledisinin mikrobloqu “twitter.com/MichelleObama” ünvanında yerləşir. Bu gün Obama bloqda 4 yazı dərc edib, onun bloqunun abunəçilərinin sayı isə artıq 232 mini ötüb və sürətlə artmağa davam edir.

Analitiklər qeyd edirlər ki, Mişel Obamanın bloqunun açılması Barak Obamanın prezident postuna yenidən seçilməsi üzrə seçkiqabağı kampaniya çərçivəsində baş verib.

"Hamını salamlayıram, yaxşı münasibətiniz üçün təşəkkür edirəm. Sizlərlə burada ünsiyyəti səbirsizliklə gözləyirəm" - ABŞ prezidentinin xanımı bloqdakı ilk yazısında qeyd edib.





13/01/12    Çap et