Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan CEPT-in iclasında təmsil olunacaq


5 6 iyul tarixlərində Fransanın paytaxtı Paris şəhərində Radio Rabitə Birliyinin (RRB) və CEPT-in ikitərəfli koordinasiya görüşü keçiriləcək.
Görüşdə Azərbaycanı Radio Tezliklər üzrə Dövlət komissiyasının (RTDK) katibi Salman Hüseynov təmsil edəcək.
2012-ci ilin yanvarın 23-də və fevralın 17-də Cenevrədə keçiriləcək Ümumdünya Konfransına və Radiorabitə Assambleyasına hazırlığın növbəti mərhələsi olacaq görüşdə sözügedən konfransının gündəliyi üzrə əsas prinsipal mövqelər müzakirə ediləcək.
Konfransın işi zamanı rəqəmsal televiziyanın tətbiqi, tezlik, radiorabitə resurslarından səmərəli istifadə məsələlərinə baxılacaq.




29/06/11    Çap et