Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Davos Forumu “Böyük transformasiyalar: yeni modellərin formalaşması” şüarı ilə baş tutacaq


Yanvarın 25-29-da Davos (İsveçrə) şəhərində illik Ümumdünya İqtisadi Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir “Böyük transformasiyalar: yeni modellərin formalaşması” şüarı altında baş tutacaq. Tədbir iştirakçıları qlobal iqtisadiyyatın çağırışları və perspektivlərini müzakirə edəcək, bu kontekstdə ideya mübadiləsi aparacaqlar.

1971-ci ildən keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biridir. Forumda nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edirlər.
 





13/01/12    Çap et