Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində 250 milyon mikrobloqqer var


Çin internet-infrastrukturunun informasiya mərkəzi (CNNIC) ölkədə mikrobloq xidmətlərinin istifadəçilərinin sayının sürətlə artması haqqında məlumat verib.

Çin Xalq Respublikasında (ÇXR) sosialyönümlü ən populyar resurs "Sina" şirkətinin "Weibo" resursu hesab edilir. ÇXR-də istifadəsi qadağan edilmiş "Twitter"in analoqu olan bu resursun abunəçilərinin sayı artmağa davam edir: əgər 2011-ci ilin aprel ayında onun auditoriyası 140 milyon insan təşkil edirdisə, artıq avqust ayında isə 200 milyonu ötüb. Bugünkü gündə "Weibo"- bloqqerlərin sayı demək olar ki, 250 milyona çatıb.

Çinin ən çox ziyarət olunan saytları siyahısında "Weibo" resursu üçüncü yeri (Baidu axtarış sistemi və "QQ.com" ani mesaj mübadilə sistemindən sonra) tutur.





16/01/12    Çap et