Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” həmtəsisçisi “Android” mobil əməliyyat sisteminə üstünlük verir


“Apple” həmtəsisçisi Stiv Voznyak “The Daily Beast”-ə verdiyi   müsahibəsində bildirib ki, “Android” platforması bir çox göstəricilərə görə  “iOS”-dan üstündür. Bununla belə o qeyd edib ki, əvvəlki kimi “Apple” şirkətinin “iPhone” smartfonundan istifadə edir.

Onun sözlərinə əsasən, “iOS” əməliyyat sistemi “Google” şirkətinin ”Android” mobil əməliyyat sistemi ilə müqayisədə bir neçə böyük çatışmazlığa malikdir. Məsələn, “Android”-in səsli idarəetmə sistemi “Siri” ilə müqayisədə daha yaxşı işləyir,- Stiv Voznyak bildirib.

Nə qədər ki “Siri” kənar proqram təminatı idi, yaxşı işləyirdi, lakin o, “iOS” əməliyyat sisteminin bir  hissəsi olduqdan sonra səs vasitəsi ilə aparatı idarə etmək çox çətinləşib.

Stiv Voznyakın daha bir iddiası “iPhone 4S” smartfonunda avtonom iş müddətinə aiddir; belə ki, akkumulyator batareyasının gərginliyi çox tez boşalır.

Bütün bunlarla belə o, istifadəçilərin əksəriyyətinə “iPhone 4S” smartfonunu  tövsiyə edir, çünki onu öyrənmək “Android” ilə işləyən smartfonlarla müqayisədə asandır.





18/01/12    Çap et