Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər gündəlik məsələlərin planlaşdırılması üçün süni intellekt yaradıblar


Karlos III adına Madrid Universitetinin alimləri süni intellektdən istifadə edilməsi ilə bağlı yeni alqoritm təklif ediblər. Yeni alqoritm sayəsində hər cür məsələlərin həll edilməsi planlarının tərtib edilməsini avtomatlaşdırmaq mümkündür.

Alimlərin sözlərinə əsasən, onların hazırlaması ilk növbədə loqistikada, yanğınların söndürülməsində və onlayn-təhsildə lazım olacaq.

Hazırlanmış həll bu və ya digər məsələnin həlli variantlarının əldə edilməsini əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir. Bu halda sistem şəxsi qərarlarına əsaslanaraq qarşıya qoyulmuş məsələlər ilə əlaqədar cavabları müstəqil axtarır.

Alimlərin iddialarına əsasən, onların sistemi digərləri ilə müqayisədə məhsuldarlığı 3-10 dəfə artırır.





18/01/12    Çap et