Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Odnoklassniki» sosial şəbəkəsinə nə oldu?


Bu gün «odnoklassniki.ru» sosial şəbəkəsində problemlər yaşanıb. Saytın fəaliyyəti uzun müddət donub. Buna səbəb isə texniki məsələlər göstərilib. Əslində isə nəyin baş verməsi haqqında dəqiq məlumat verilmir.

Rusiya mətbuatının yaydığı məlumata görə, «odnoklassniki.ru»ya daxil olarkən istifadəçilərə sayta bir qədər keçdikdən sonra girmələri məsləhət bilinib və qeyd olunub ki, "texniki işlərlə əlaqədar sayt açılmır.

Zəhmət olmasa, sayta bir müddət sonra daxil olun. Anlayış üçün təşəkkür".
Bu gün günortadan sonra, təxminən saat 16:00 radələrində saytın fəaliyyəti bərpa olunub.





19/01/12    Çap et