Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinə reklam verənlərin sayı azalıb


“Google” veb-korporasiyası 2011-ci ilin dördüncü rübü və ümumilikdə 2011-ci il üzrə maliyyə hesabatını təqdim  edib.

Şirkət oktyabr ayından dekabr ayına qədər 10,6 milyard dəyərində mədaxil və 2,7 dollar dəyərində mənfəət əldə edib. Bu, 2010-cu ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 25% və 6% çoxdur.

“Google” şirkətinin maliyyə göstəriciləri analitiklərin proqnozlarından aşağı olub. Buna səbəb isə reklamdan əldə olunan mədaxilin azalması və Avropada qeyri-sabit iqtisadi vəziyyətin olmasıdır.

2011-ci maliyyə ili ərzində veb-korporasiyanın mədaxili 29,3 milyard dollardan 37,9 milyard dollara qədər artıb. Xalis mənfəət isə 9,7 milyard dollar təşkil edib.

Şirkətdən bildiriblər ki, “Android” mobil əməliyyat sistemi ilə işləyən aktivləşdirilmiş qurğuların sayı 250 milyona çatıb. Gündəlik aktivləşdirmələrin sayı hal-hazırda 700 mini ötür.“Google+” sosial şəbəkəsində isə təxminən 90 milyon istifadəçi qeydiyyatdan keçib.
 





21/01/12    Çap et